Milyarder qızı sevgilisini anası ilə tanış etdi

Milyarder qızı sevgilisini anası ilə tanış etdi

29 Sentyabr 2017 11:46
Bəyəndim (0) Bəyənmədim (0)

Britaniyanın və dünyanın ən böyük riteyler şəbəkələrindan olan TopShop-un sahibi, milyarderFilipp Qrinin qızı, 26 yaşlı Xloya bir zamanlar "dünyanın ən yaraşıqlı məhbusu" kimi tanınan amerikalı Ceremi Maksa aşiqdir.

Milli.Az The Sun-a istinadən bildirir ki, onlar evlənməyə hazırlaşdıqlarını deyiblər.

İki övlad atası olan, ailəsi ABŞ-ın Sietl şəhərində yaşayan 33 yaşlı Ceremi Miks arvadını boşayacağını söyləyib.

Dünən C.Maks Monakoda, Port-Erküldə idi. 5,2 milyard dollarlıq varidatın varisi olan Xlorya Qrin onu anası Tina Qrinlə tanış edib.

Tanışlıq mərasimi Qrinlər ailəsinin 150 milyon dollarlıq "Green Family" super yaxtasında baş tutub.