Sabah hava yağışlı olacaq

Sabah hava yağışlı olacaq

19 Oktyabr 2017 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mediainfo.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Lakin gün ərzində yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Cənub küləyi 4-8 m/s, arabir 11 m/s olacaq. Havanın temperaturunun gecə 10-13° isti, gündüz 18-21° isti, Bakıda gecə 11-13°, gündüz 19-21° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 18-23° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.