Dünyanın ən sürətli maşını sınanır

Dünyanın ən sürətli maşını sınanır

27 Oktyabr 2017 16:10
Bəyəndim (0) Bəyənmədim (0)

Britaniyadakı Kornuoll yarımadasında yerləşən Nyukvey şəhərinin yaxınlığındakı aerodromda Bloodhound Supersonic Car (Bloodhound SSC) avtomobili sınanır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, səsdən sürətli avtomobilin sınaqlarının dünənki mərhələsini 3 mindən artıq tamaşaçı seyr edib.

Göy-narıncı rəngli, raketə bənzəyən 13 metr uhunluqlu bolid ilkin mərhələdə 322 km/saatlıq "aşağı sürət"lə hərəkət edib.

Bloodhound SSC bu sürətə 9 saniyədə çatıb.

Bolidin şütüdüyü uçuş-enmə zolağı daha böyük sürətlə hərəkətə imkan vermir.

Bloodhound SSC 1609 km/saat sürətlə hərəkət edəcək ilk avtomobil olacaq. Fəqət, rekord indi yox, bir neçə ildən sonra əldə olunacaq.

Həmin nəticə Cənubi Afrika Respublikasındakı Heksin-Pen gölündə əldə olunmalıdır.

Bu quruyan gölün duzlu dibi ilə 19 kilometrlik düz sahəni bolid qət etməlidir.

Bloodhound SSC bolidi Eurofighter Typhoon qırıcı təyyarəsindəki Rolls-Royce mühərriki ilə təchiz olunub.