7 yaşlı azərbaycanlı hamını heyrətləndirir - video

7 yaşlı azərbaycanlı hamını heyrətləndirir - video

18 Noyabr 2017 09:09
Bəyəndim (0) Bəyənmədim (0)

Ağsu rayon sakini 7 yaşlı Sənani Gözəlov ağır texnikaları peşəkarlıqla idarə edə bilir.

Mediainfo.az-ın Xəzərxəbər-ə istinadən məlumatına görə, o, öncə tırtıllı ekskavatoru, sonra isə qreyderi hərəkətə gətirərək asanlıqla sürür.

Atasının əlindən çətinliklə idarə olunan bir sıra inşaat maşınlarını sürməyi öyrənən Sənani bu bacarığı ilə izləyənləri heyrətdə qoyur.

Bu texnikaları idarə etməyi lap kiçik yaşlarından öyrənməyə başlayan 1-ci sinif şagirdi sinif yoldaşlarının traktor, ekskavator və qreyderin adını belə bilmədiyi halda, o, bu texnikaların öhdəsindən bacarıqla gəlir.