Avtovağzalda peraşki satan qadın 15 milyon uddu

Avtovağzalda peraşki satan qadın 15 milyon uddu

21 Noyabr 2017 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada keçirilən "Russkoe loto"nun 1024-cü tirajında cek-pot udulub. Lent.az-ın Rusiya KİV-ə istindən məlumatına görə cek-potun sahibi Voronej vilayətinin Panino rayonunun 63 yaşlı sakini Natalya Vlasovadır. Uduşun məbləği isə 506 milyon rubl (təxminən 15 milyon manat) təşkil edib.

Məlumata görə, Natalya Vlavova əvvəllər Panino rayon mərkəzindəki avtovağzalda peraşki satırmış. O, yerli mətbuata açıqlamasında bildirib ki, həmin pula ilk növbədə özünə ev tikdirəcək.