37 yaşında 38 uşağı var

37 yaşında 38 uşağı var

22 Noyabr 2017 06:53
Bəyəndim (0) Bəyənmədim (0)

Uqandanın Kambirbiri kəndində yaşayan 37 yaşlı qadının 38 uşağı var.

"Axşam.az" xəbər verir ki, afrikalı Marian Nabatanzinin ilk uşağı 12 yaşında dünyaya gəlib. Hazırda qadının ən balaca övladı 4 aylıq, böyüyü isə 25 yaşındadır. Nabatanzi uşaqlarının 6-sı əkiz, 4-ü üçəm, 3-ü dördlük və 2-sini tək dünyaya gətirib. 10-u qız, 28-i oğlan olan uşaqların atası bir nəfərdir. Lakata ötən il evi tərk edib və Marian şəfalı otlar sataraq övladlarını dolandırır.