Məşhur aktyordan 6 milyonluq müqavilə

Məşhur aktyordan 6 milyonluq müqavilə

24 Noyabr 2017 15:13
Bəyəndim (0) Bəyənmədim (0)

"Diriliş: Ertuğrul" serialındakı rolu ilə karyerasının ən parlaq günlərini yaşayan Engin Altan Düzyatan bu dəfə reklamdan aldığı qonorarla gündəmə gəlib.

"Qafqazinfo" xəbər verir ki, o, 6 il sonra yenidən məşhur banklardan birinin siması seçilib. Düzyatan şirkətlə bir illik müqavilə bağlayıb və çəkilişlərdə iştriak edib.

O, dörd reklam roliki üçün 6 milyon TL qonorar alıb.

Qeyd edək ki, 2011-ci ildə Engin Altan və Burcu Esmersoy sözügedən bankın siması olmuşdular.