Bakı bulvarında 2,5 milyonluq mülk satılır

Bakı bulvarında 2,5 milyonluq mülk satılır

27 Noyabr 2017 14:38
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Bulvarında 2,5 milyonluq obyekt satışa çıxarılıb.

Mediainfo.az axar.az-a istinadən xəbər verir ki, Səbail rayonu, Yeni Bulvarın yaxınlığında, magistral yolun kənarında 17.5 sot şəxsi mülkiyyətdə olan obyekt satışa çıxarılıb.

Obyekt maşınların təmiri məntəqəsi kimi fəaliyyət göstərir. Ərazidə 7 ədəd təmir sexi, 1 ədəd kafe, 1 ədəd avtozehtiyyat mağazası, inzibati ofis binası yerləşir.

Hazırda obyekt icarədədir. 1750 kvadratmetr sahəyə malik mülk 15 otaqdan ibarətdir.

Mülkün qiyməti isə 2 500 000 manatdır.