Putinin sirr kimi saxladığı qızı

Putinin sirr kimi saxladığı qızı

29 Noyabr 2017 15:48
Bəyəndim (0) Bəyənmədim (0)

Akrobatika rəqqası Katerina Tixonovanın Rusiya prezidentiVladimir Putinin qızı olması faktı dəqiqləşib.

Mediainfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 2 il əvvəl ortaya atılan və Putin tərəfindən cavabsız buraxılan iddianı Dünya Rokn Roll Federasiyasının nümayəndəsi təsdiq edib. "Reuters"ə danışan federasiyanın hüquq işləri üzrə sədr köməkçisi Manfred MohadTixonovanın Putinin qızı olduğunu deyib.

Rusiyanın "Gazprombank" şirkətinin idarə heyətinin sədr köməkçisi Andrey Akimov 2015-ci ildə Katerina Tixonovanın Putinin qızı olduğunu demiş, daha sonra bu faktı inkar etmişdi.

Şəxsi həyatı barədə həssaslığı ilə seçilən Rusiya prezidenti qızları Mariya və Katerinanı mediadan uzaq tutur.