Dənizə düşən fotoaparat 4 ay sonra işlək vəziyyətdə tapıldı

Dənizə düşən fotoaparat 4 ay sonra işlək vəziyyətdə tapıldı

8 Yanvar 2018 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərədə su keçirməz xüsusiyyətə malik fotoaparatını dənizdə itirən uşaq 4 ay sonra Almaniyadan gələn xəbərlə təəccüblənib. Kamera Şimal Dənizini keçərək sahilə çıxıb və hələ də işləyir.

10 yaşlı İngilis uşaq itirdiyi fotoaparatını 4 ay sonra 350 kilometr uzaqda tapıb. Uşağın İngiltərədə çimərlikdə dənizə saldığı fotoaparat Almaniyaya aid bir adada sahilə çıxıb.

67 yaşlı ada sakini kameranı tapıb və uşağın kameranı itirmədən əvvəl çəkdiyi fotoşəkili sosial mediada yayımlayıb. Fotonu görən ailə birlikdə Almaniyaya gedərək uşağın kamerasını təhvil alıblar.Moderator.az