Yanvarın 31-də Ay tutulması baş verəcək

Yanvarın 31-də Ay tutulması baş verəcək

24 Yanvar 2018 11:26
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin ilk Ay tutulması hadisəsi yanvarın 31-də qeydə alınacaq.

AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Azadinform-a verilən məlumata görə, yanvarın 31-də baş verəcək Ay tutulması Bakı vaxtı ilə saat 15:48-də başlanacaq, saat 17:29-da maksimum səviyyədə olacaq, saat 19:11-də başa çatacaq.

Bildirilib ki, Azərbaycanda saat 18:00-dan etibarən Ay doğduqda görünməyə başlayacaq. Həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq.