Son iki ildə 12 min milyonçu Türkiyəni tərk edib

Son iki ildə 12 min milyonçu Türkiyəni tərk edib

31 Yanvar 2018 13:13
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Afrika Respublikasında yerləşən "Nyu Vorld Vels" (Yeni Dünya Sərvəti) şirkəti "Milyonçu Köçü 2018" hesabatını təqdim edib.

Hesabata əsasən, keçən il ərzində 95 min milyonçu yaşadığı ölkəni tərk edib. Bunun son bir neçə il ərzində rekord göstərici olduğu bildirilib.

Ölkəsini tərk edən milyonçuların böyük bir qismi inkişaf etməkdə olan ölkələrin vətəndaşları olub. Siyahıda ilk yeri Çin tutub. İl ərzində bu ölkəni 10 min milyonçu tərk edib.

Ondan sonrakı yerdə Hindistan (7 min) və Türkiyə (6 min) qərarlaşıb. İlk onluqda həmçinin Britaniya (5 min), Fransa (5 min), Rusiya (3 min), Braziliya (2 min), İndoneziya (2 min), Səudiyyə Ərəbistanı (min) və Nigeriya (min) kimi ölkələr yer alıb.

Təşkilat təkcə Türkiyədən son iki ildə 12 min milyonçunun getdiyini bildirib.(axar.az)