Peruda yenə nəhəng müəmmalı təsvirlər tapıldı
Perunun Naska platası Seçura səhrasının yaxınlığında alimlər yeni təsvirlər və geoqliflər aşkar ediblər.
Bu barədə "Nəşnl Geoqrafik" məlumat yayıb.
Alimlər 50 antropomorf üslubda geoqlif, o cümlədən heyvan və təbiət varlıqlarının təsvirlərini tapıblar. Bildirilib ki, geoqliflərin bir hissəsi Palpa platasında, bir neçəsi də Naska platasından bir neçə km uzaqlıqdadır.
Geoqliflərin tapılması işində alimlərə köməyinə peyk görüntüləri və pilotsuz uçuş aparatları gəlib. Hazırda araşdırmaçılar bu təsvirlərin ölçüsü və tarixi ilə bağlı tədqiqatlar aparırlar.
Hesab edilir ki, bu geoqliflər Naska mədəniyyətinin nümayəndələri tərəfindən eramızın 200-700-cü illəri arasında ərsəyə gətirilib.
Digər xəbərlər































.jpg)

.jpg)





























































