Antarktidada ilk məhsul yığıldı
Antarktidanın "Neumayer III" yüksək texnologiyalı stansiyasında yaşayan alimlər ilk məhsul yığımı ediblər
Tərəvəzlər torpaqsız, gün işığı olmadan əkilib. Eksperiment digər planetlərdə ərzaq yetişdirmək üçün astronavtlara kömək məqsədilə başlayan layihə çərçivəsində baş tutub.
Bioloqlar 3.6 kq kahı, 18 xiyar, 70 kök əldə ediblər. İstixananın ətrafında tempratur mənfi 20 dərəcədən aşağı olub.
NASA işçiləri isə, Beynəlxalq Kosmik Stansiyada göyərti yetişdirirlər. Layihənin məqsədi kosmonavtlara Ayda və Marsda meyvə-tərəvəz yetişdirməyə kömək etməkdir.(olke.az)
Digər xəbərlər































.jpg)

.jpg)





























































