Marixuana yeyən qoyunlar kəndi bir-birinə qatdı

Marixuana yeyən qoyunlar kəndi bir-birinə qatdı

10 Aprel 2018 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərədəki Raydipendi kəndində marixuana yeyən qoyunlar kəndi bir-birinə qatıblar.

Kəndin icra nümayəndəsi Riçard hadisəni belə təsvir edib:

"Qoyunlar küçələrdə qaçışır, bağçalara girirdi. Hətta biri evə girərək pis vəziyyətə salıblar".

Qoyunların yaxınlıqda yerləşən və vaxtilə qeyri-qanuni fəaliyyət göstərmiş fabrikə aid marixuana qalıqlarını yedikləri təxmin edilir. Bu hadisədən sonra polisə müraciət edilib və qalıqların yox edilməsi tələb olunub. (qaynarinfo)