Keşiş kilsədən oğurladığı 500 min avronu qumarda uduzdu - MARAQLI...
Venesiyada bir keşiş çalışdığı kilsənin kassasından 500 min avro oğurlayaraq qumarda uduzub.
Moderator.az xəbər verir ki, Venesiyayanın Spine qəsəbəsində xidmət edən keşiş istirahətə ehtiyacı olduğunu bildirərək bir müddət kilsədən uzaqlaşıb. Keşişin kilsədən kənarlaşmasının həqiqi səbəbi isə aradan təxminən 2 il keçəndən sonra ortaya çıxıb.
Kilsə rəhbərliyi camaata əsl səbəbi açıqlamamışdan əvvəl keşişi kilsədən uzaqlaşdıraraq qumar asılılığı müalicəsinə başlanmasını təmin edib.
Keşiş haqqında istintaq açıldıqdan sonra kilsə rəhbərliyi də əsl səbəbi açıqlamaq məcburiyyətində qalıb.
Açıqlamaya görə keşişin patoloji qumar problemini müalicə etmək üçün xüsusi bir mərkəzdə müalicə olunduğu və vəzifəsinə qayıdacağı bildirilib.































.jpg)

.jpg)





























































