Zakir Həsənov Gürcüstanda səfərdədir

Zakir Həsənov Gürcüstanda səfərdədir

15:37
Bəyəndim (1) Bəyənmədim (0)


Azərbaycanın müdafiə naziri Zakir Həsənov Tbilisiyə səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Oxuməni.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani də iştirak edib. Tərəflər ikitərəfli əməkdaşlığın cari vəziyyətini, həmçinin regional və beynəlxalq gündəliyin məsələlərini müzakirə ediblər.
Tərəflər regionda sülhün və sabitliyin qorunmasının vacibliyini vurğulayıb, Gürcüstan və Azərbaycan arasında müdafiə sahəsində strateji tərəfdaşlığın və əməkdaşlığın yüksək səviyyəsini qeyd ediblər.
Almaz Həsənli