Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək, bəzi bölgələrdə isə yağış yağacaq

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək, bəzi bölgələrdə isə yağış yağacaq

18:12
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda iyunun 23-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 19-22, gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət isə gecə 60-65, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində fasilələrlə yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 21-25, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 18-23, bəzi yerlərdə 25-28 dərəcə isti olacağı ehtimal edilir.

Oxuməni.az