Pi Diddinin cəza müddəti az qala bir ay azaldılıb

Pi Diddinin cəza müddəti az qala bir ay azaldılıb

12:48
Bəyəndim (1) Bəyənmədim (0)

Amerikalı rep ifaçısı P. Diddy-nin (Pi Diddi, Diddy; əsl adı Şon Kombs) həbs cəzası müddəti yenidən azaldılıb. Oxuməni.az xəbər verir ki, bu barədə RİA Novosti ABŞ-ın həbsxana bazasına istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, P. Diddy həbsdən fevralın 23-ü əvəzinə 2028-ci il fevralın 8-də çıxacaq. Əvvəlcə cəzanın bitmə tarixi 2028-ci il mayın 8-i idi.

Keçən il oktyabrın əvvəlində Nyu-York məhkəməsi rep ifaçısını dörd il iki ay müddətinə azadlıqdan məhrum edib. Andlılar məhkəməsi onu iki epizodda insanları fahişəliyə cəlb etmək məqsədi ilə daşımaqda təqsirli bilib. Bununla belə, onlar ifaçını mütəşəkkil cinayətkarlıq və cinsi istismar məqsədi ilə iki epizodda zorla köçürmə ittihamlarından bəraət verib.

Apreldə P. Diddy-nin vəkilləri ABŞ-ın İkinci Apellyasiya Məhkəməsində hökmdən şikayət etməyi planlaşdırırdılar.

Müğənninin müdafiə tərəfi iddia edirdi ki, andlılar məhkəməsinin bəzi əhəmiyyətli epizodlarda onu bəraət verməsini nəzərə alaraq, ona çox sərt cəza verilib. Vəkillər həmçinin məhkəmədə qızları fahişəliklə məşğul olmaq üçün daşımağı şənliklərdə "tipik həvəskar pornoqrafiya yaratmaq" kimi təqdim etmək niyyətindədirlər.

Almaz Həsənli