Samsung Azərbaycanda regional rəqəmsal mərkəz yaratmağı nəzərdən keçirir

Samsung Azərbaycanda regional rəqəmsal mərkəz yaratmağı nəzərdən keçirir

12:22
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan və "Samsung" korporasiyası ölkə ərazisində Regional Əməliyyat və Rəqəmsal Mərkəzin yaradılması imkanlarını və bu istiqamətdə gələcək əməkdaşlığı müzakirə ediblər.

Oxuməni. az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində məlumat verib.

"Samsung C&T Corporation" mühəndislik və tikinti qrupunun prezidenti və baş icraçı direktoru Oh Se-Çul, həmçinin qlobal biznes və əməliyyatlar bölməsinin prezidenti Kim Cun-Vuk ilə görüş keçirdik. Görüş çərçivəsində nəqliyyat infrastrukturunun yenilənməsi üzrə layihələrə toxunduq", - deyə paylaşımda qeyd olunub.

Almaz Həsənli