Təbrik edirik

Təbrik edirik

12:45
Bəyəndim (1) Bəyənmədim (0)

Əziz dostumuz Dəyanət!

Səni əlamətdar 50 illik yubileyin münasibətilə ürəkdən təbrik edirik!

Yarım əsrlik ömür yolunda qazandığın hörmət, dostluq və insanlıq ən böyük sərvətindir. Arzu edirik ki, bundan sonrakı həyatın da sağlamlıq, ailə səadəti, ruzi-bərəkət və yeni uğurlarla dolu olsun. Üzündən təbəssüm, qəlbindən sevinc, süfrəndən ruzi əskik olmasın.

Qoy Uca Allah sənə uzun ömür, möhkəm can sağlığı və bütün arzularına çatmağı nəsib etsin. Hər yeni yaşın sənə xoşbəxtlik, firavanlıq və unudulmaz anlar gətirsin.

50 yaşın mübarək, əziz dostumuz!
Həmişə sevilən, dəyər verilən və xoşbəxt olasan.

Hörmət və ən xoş arzularla:
Dostların Emin Axundov, Orxan və Anar Rəhimov qardaşları