Paşinyan Baş nazir və bütün kabinet vəzifəsindən istefa verdiyini açıqlayıb
Ermənistanın Baş naziri Nikol Paşinyan baş nazir və bütün kabinet vəzifəsindən istefa verdiyini açıqlayıb. Oxuməni az xəbər verir ki, o, bu barədə Armenpress tərəfindən yayımlanan hökumət iclasında açıqlama verib.
"Bu, bizim son hökumət iclasımızdır. Parlamentin 9-cu çağırışının formalaşdırılması ilə əlaqədar olaraq, bazar günü istefa verəcəyik", - deyə siyasətçi bildirib.
Prosedur formal xarakter daşıyır, çünki Ermənistan parlamentinin 8-ci çağırışının mandatı iyulun sonunda başa çatır. Yeni parlamentin ilk iclası avqustun 2-də keçiriləcək.
Nikol Paşinyan baş nazirliyə ehtimal olunan namizəddir, çünki Ermənistan prezidenti parlament seçkilərində ən çox səs toplayan partiyanın namizəd göstərilən üzvləri arasından yeni baş nazir təyin etməlidir.
Xatırladaq ki, 7 iyunda Ermənistanda keçirilən parlament seçkilərində Ermənistan baş nazirinin “Vətəndaş Müqaviləsi” partiyası səslərin 49,81 faizini toplayıb. İkinci yeri 23,29 faiz səslə rusiyalı iş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" partiyası tutub. Üçüncü yeri isə 9,94 faizlə keçmiş prezident Robert Köçəryanın "Alyans Ermənistan" partiyası tutub.
Almaz Həsənli






















































.jpg)




































