HAVELSAN şirkəti Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) Hərbi Hava Qüvvələrinin İnformasiya İdarəetmə və Nəzarət Sisteminin (AICCS) əsas komponentlərini uğurla təhvil verib

HAVELSAN şirkəti Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) Hərbi Hava Qüvvələrinin İnformasiya İdarəetmə və Nəzarət Sisteminin (AICCS) əsas komponentlərini uğurla təhvil verib

15:52
Bəyəndim (1) Bəyənmədim (0)

Hava əməliyyatlarının vahid rəqəmsal mühitdə planlaşdırılması, həyata keçirilməsi, monitorinqi və təhlili üçün yaradılmış AICCS sistemi hava əməliyyatlarının daha səmərəli idarə olunmasına imkan verən müasir idarəetmə və nəzarət infrastrukturu təmin edir. Oxuməni az xəbər verir ki, bu barədə "Asian Military Review" nəşri məlumat yayıb.

Təhvil verilmiş həllər qərargah heyətinə vahid əməliyyat mənzərəsi əsasında fəaliyyət göstərməyə, tapşırıqlar və əməliyyatlar haqqında məlumatları real vaxt rejimində idarə etməyə, kritik əhəmiyyətli məlumatları mərkəzləşdirilmiş qaydada izləməyə və qərar qəbuletmə prosesini sürətləndirməyə imkan verir. Komandanlıq və idarəetmə funksiyalarının vahid rəqəmsal arxitekturaya inteqrasiyası sayəsində sistem əməliyyatların planlaşdırılması, koordinasiyası və icrasının sürətini, dəqiqliyini və səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.

AICCS sistemi hava əməliyyatlarının idarə olunmasının əsas funksiyalarını vahid rəqəmsal arxitektura çərçivəsində birləşdirir. O, əməliyyatlara hazırlıq müddətini əhəmiyyətli dərəcədə azaldaraq, HHQ-nin vəziyyətin dəyişməsinə daha sürətli reaksiya verməsinə və missiyaların planlaşdırılması və icrasının bütün mərhələlərində əməliyyat çevikliyini artırmağa imkan verir.

Açıq və modul arxitekturası sayəsində AICCS mövcud komandanlıq və idarəetmə infrastrukturu ilə inteqrasiya oluna bilir, eyni zamanda əməliyyat ehtiyaclarına uyğun olaraq gələcəkdə genişləndirilmə imkanını qoruyub saxlayır.

Almaz Həsənli