Azərbaycanda avqustun 18-nə gözlənilən hava şəraiti açıqlanıb
Azərbaycanda avqustun 18-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-24, gündüz 28-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.
Oxuməni.az






































































.jpg)
.jpg-1.jpg)




















