Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verilib - SƏRƏNCAM

Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verilib - SƏRƏNCAM

20:45
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.

Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor Babək Mürsəl oğlu Ələkbərova

general-mayor Aqşin Ramiz oğlu Məhərrəmova

general-mayor Faiq Həmzəağa oğlu Məmmədova

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Elfan Şakir oğlu Quliyevə