Fransada “sarı jiletlilər” yenidən fəallaşdı

Fransada “sarı jiletlilər” yenidən fəallaşdı

16 Noyabr 2019 13:35
Bəyəndim (1) Bəyənmədim (0)

Fransanın paytaxtı Parisdə “sarı jiletlilər” aksiyasının ildönümü ilə əlaqədar etiraz aksiyaları başlayıb.

Oxumeni.az-ın məlumatına görə, polis etirazçılara qarşı gözyaşardıcı qaz və tüstü şaşkaları tətbiq edib.

Aksiya zamanı azı 16 nəfər saxlanılıb. Bir neçə metro və dəmiryol stansiyası bağlanıb.

Etirazçılar aksiyanın iki gün davam edəcəyini bildirib.

Qeyd edək ki, “sarı jiletlilər” aksiyası ilk dəfə ötən il noyabrın 17-də yanacaq qiymətlərinin bahalaşmasına etiraz olaraq keçirilmişdi.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)