Yasamal rayon İcra Hakimiyyəti ilə  vətəndaşlar arasında  görüşlər intensivləşib

Yasamal rayon İcra Hakimiyyəti ilə vətəndaşlar arasında görüşlər intensivləşib

18 Noyabr 2019 13:41
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Yasamal rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elşad Həsənov vətəndaşların problemlərini öyrənərək onları yerindəcə həll etmək üçün dərhal işə başlayıb.
Bu müstəvidə də bu gün Yasamal rayon İcra Hakimiyyətində Elşad Həsənov tərəfindən vətəndaşların növbəti qəbulu keçirilib. Oxumeni.az-ın verdiyi xəbərə görə, görüşdə Elşad Həsənov hər bir vətəndaşın şikayət və problemlərini diqqətlə dinləyərək onların həll edilməsi üçün müvafiq qurumlara göstəriş verib. O qeyd edib ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı kimi bundan sonra da vətəndaşların problemlərinin həlli üçün bütün imkanlardan istifadə edəcək.
Yeri gəlmişkən onu da deyək ki, bu, Elşad Həsənovun Yasamal rayon sakinləri ilə ikinci görüşüdür. Elşad Həsənov rayon sakinləri ilə ilk görüşünü Yasamal rayon İcra Hakimiyyəti başçısı təyin edildikdən iki gün sonra noyabr ayının 14-də 150 saylı tam orta məktəbin akt zalında keçirib.

400 nəfər rayon sakini ilə səyyar görüş keçirən Elşad Həsənov vətəndaşların problemləri ilə maraqlanıb və onların aradan qaldırılması üçün müvafiq qurum rəhbərlərinə tapşırıqlar verib. O rayon sakinləri ilə belə görüşlərin mütəmadi olaraq keçiriləcəyini və onların qarşılaşdıqları problemlərin yerindəcə araşdırılaraq aradan qaldırılacağını bildirib.


Əziz Mustafa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)