Bu il Pakistanda 400 hind məbədi istifadəyə verilib

Bu il Pakistanda 400 hind məbədi istifadəyə verilib

20 Noyabr 2019 14:03
Bəyəndim (1) Bəyənmədim (0)

Bu il Pakistan öz ərazisində olan 428 hind məbədinin 400-nü istifadəyə verib.

Oxumeni.az Pakistan mətbuatına istinadla xəbər verir ki, 1947-ci ildə Hindistanla Pakistan ayrıldıqdan sonra bu məbədlər bağlanmışdı.

Pakistanla Hindistan arasındakı Kartapur dəhlizinin açılması isə hind zəvvarlara Pəncab əyalətindəki Sikh məbədinə, Kəşmirdəki müqəddəs Şarda Pit məbədinə getmək imkanı verəcək.

Materialda vurğulanır ki, Pakistan hökuməti hər il 3-4 tarixi məbədi yenidən istifadəyə verməyi planlaşdırır. İlk növbədə Sialkotdakı min illik Şivaliya Teca Sinqx və Peşəvərdəki dünya tarixi irs obyekti olan Qorakxnatx tarixi məbədləri yenidən qurularaq istifadəyə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)