Azərbaycan Sərsəng su anbarı və Xocalıya nəzarəti bərpa edir

Azərbaycan Sərsəng su anbarı və Xocalıya nəzarəti bərpa edir

5 May 2021 14:46
Bəyəndim (0) Bəyənmədim (0)

“Azərbaycanın üç erməni dviersantı azad etməsi, ötən gün Ermənistan silahlı qüvvələrinə məxsus xüsusi texnika və artilleriya vasitələrinin Xankəndindən çıxarılmasına cavabdır”.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Qarabağda Ermənistan silahlı qüvvələrinə məxsus texnikalar qalmaqdadır və onların Azərbaycan ərazsində mövcudluğu Paşinyan hakimiyyətinin birbaşa 10 noyabr razılaşmasını pozması deməkdir: “Ermənistan tərəfi hərbi texnikanı çıxarır. Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasındakı silahlı erməni birləşmələrinə gəldikdə isə, Azərbaycan tərəfi onların ilin axırına kimi ləğv edilməsinə çalışacaq. Azərbaycan konkret şərtlərlə hərəkət edir. Diversantların qaytarılması erməni tərəfin şərtlərə əməl etməsilə həyata keçirilib. Digərlərinin qaytarılması isə zamanla həll olunacaq. İlk növbədə bu, Nikol Paşinyanın hakimiyyətdə qalmasına zəmin yaratmalıdır. Çünki, Paşinyan hakimiyyətdə qalacaqsa, Qarabağla bağlı proseslərdən geri çəkiləcək”.

Politoloq əlavə edib ki, Azərbaycan hazırda iki məsələnin üzərində dayanıb: “Sərsəng su anbarına və Xocalıya nəzarəti bərpa etmək. İki strateji nöqtə nəzarətimizə keçdikdən sonra erməni separatçıları ərazini tərk edəcək”.