Tehran Qarabağdakı separatçılarla əməkdaşlığını rəsmən etiraf etfi... - Və Bakını təhdid etməkdə davam edir
İranın Ali dini lider Seyid Əli Xamneyi İran-Azərbaycan münasibətlərinə dair fikirlərini açıqlayıb. "Turan" İnformasiya agentliyinin məlumatına görə, İranın dini lideri Xamneyi Bakıya qarşı Tehran rəsmiləri tərəfindən irəli sürülən ittihamları dəstəkləyib.
Oxuməni.az-ın verdiyi xəbərə görə, hərbi məktəb məzunları qarşısında çıxış edən İran lideri belə deyib: “İranın şimal-qərbində, bəzi qonşu ölkələrdə baş verən hadisələr, xaricilərin hərbi iştirakı olmadan həll edilməlidir. Hamı xatırlasın ki, kimsə qardaşları üçün quyu qazarsa, özü ora düşər".
"Təhlükəsizliyini başqasının hesabına təmin edə biləcəyini düşünən, tezliklə bunun üçün bir şapalaq alacağını bilsin" - dedi.
Eyni zamanda Xamneyi heç bir ölkənin adını çəkməyib. O, yalnız Əfqanıstanda və Avropada uğursuzluğa düçar olan Amerikanı kəskin tənqid edib.
Ayətullah Xamneyinin çıxışlarından dərhal sonra İranın Xarici işlər naziri Hüseyn Əmir-Abdollahian danışıb.
Yerli televiziyaya verdiyi müsahibədə, "İran sərhədləri yaxınlığında saxta sionist rejimin varlığına və onun təxribatçı hərəkətlərinə, bölgə və sərhədlərindəki geosiyasi dəyişikliklərə heç vaxt dözməyəcəyik", deyib.
"Dağlıq Qarabağın azad edilməsindən sonra xoşagəlməz hadisələr baş verdi ... İsrail bu fürsətdən istifadə edərək Azərbaycanın bir sıra bölgələrində yer alaraq, İranın sərhədlərinə yaxınlaşmağa çalışdı. Biz bunu diplomatik kanallarla Azərbaycan hakimiyyətinə elan etdik" -deyə, İranın Xarici işlər naziri bildirib.
Nəhayət, nazir Tehranın narazılığının əsl səbəbini açıqlayıb. "İranın Ermənistana və "Dağlıq Qarabağa" yanacag tədarükünun Azərbaycan tərəfdən blokadası yolverilməzdi" - deyə o, bildirib.
"AzPolitika.info" isə məsələ ilə bağlı qeyd edir ki, bu, İran rəsmisinin Tehranın erməni separatçılarla əlaqədə olduğunun etirafıdır. Rəsmi Tehran özünün Xarici işlər nazirinin dili ilə bəyan edir ki, İran Qarabağda qalan separatçı ermənilərə yanacaq tədarük edir...
İranın Xarici işlər naziri daha sonra böhtanlarını və təhdidıərini davam etdirib: "Biz Azərbaycan Respublikasındakı vəziyyəti anlayırıq və xarici müdaxilələrdən, o cümlədən ölkədə sionistlərin və terrorçuların olmasıdan xəbərdarıq. Gələcəkdə bunun Bakı üçün problemə çevriləcəyindən narahatıq".
Nazir daha sonra deyib: "Azərbaycan Respublikası sərhədində hərbi təlimlər keçirərək bölgədəki sionistlərə və terrorçulara bir siqnal ötürdük".
"Turan" İA bildirir ki, beləliklə, İranın xarici işlər naziri Tehranın Qarabağa yanacaq tədarük etdiyini rəsmən təsdiqləyib. Beləliklə, İran açıq şəkildə göstərdi ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıması ilə bağlı bəyanatlar tam riyakarlıqdır.






































































.jpg)























