Afrika liderləri Kiyevdə bomba sığınacağına sığınıblar

Afrika liderləri Kiyevdə bomba sığınacağına sığınıblar

16 İyun 2023 18:55
Bəyəndim (0) Bəyənmədim (0)

Afrika liderləri Kiyevdəki partlayışlardan sonra bomba sığınacağına sığınıblar.

Oxuməni.az xəbər verir ki, Reuters əməkdaşı Afrika liderlərinin Kiyevə bir avtomobil sütunu ilə gəldiyini və bomba sığınacağından istifadə etmək üçün otelə girdiyini gördüklərini bildirib.

Cənubi Afrika prezidentinin nümayəndəsi isə Afrika liderlərinin Ukraynaya səfərinin "plana uyğun"olduğunu söylədi.

***

Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa Afrika sülhməramlı missiyasının bir hissəsi olaraq ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşmək üçün Kiyevə səfər edib.

Cənubi Afrika prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, liderlər müharibəni bitirmək üçün sülh planını müzakirə etməlidirlər.

Əziz Salam