Rusiya ilə Ukrayna arasında cəsəd mübadiləsi olub

Rusiya ilə Ukrayna arasında cəsəd mübadiləsi olub

14 İyun 2024 16:06
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya ilə Ukrayna arasında cəsəd mübadiləsi olub.

Bu barədə Dövlət Dumasının deputatı Şəmsail Saraliyev məlumat verib. O deyib ki, cəsədlərin mübadiləsi çərçivəsində Ukrayna Rusiyaya döyüşlərdə həlak olan 32 nəfərin cəsədlərini qaytarıb.

Öz növbəsində Rusiya tərəfi Ukraynaya 254 nəfərin cəsədini təhvil verib. Bu prosesin davam etdiriləcəyi gözlənilir

Qeyd edək ki, bundan əvvəl tərəflər fevralın 8-də əsir mübdailəsini həyata keçirmişdilər.

Oxuməni.az