Rusiya ATƏT PA-nı tərk etməyə hazırlaşır

Rusiya ATƏT PA-nı tərk etməyə hazırlaşır

1 İyul 2024 13:29
Bəyəndim (0) Bəyənmədim (0)


Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi Rusiya nümayəndə heyətinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasında iştirakının dayandırılması ilə bağlı bəyanatı dəstəkləyib və qəbul etməyi tövsiyə edib. Parlament tərəfindən qərara yekdilliklə səs verilib.

Xatırladaq ki, iyunun 20-də Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin parlament nümayəndə heyətlərinin rəhbərlərinə Rusiyanın öz nümayəndə heyətinin iştirakını dondurmaq niyyətində olduğunu bildirib.

İyunun 14-də Rumıniya ATƏT PA-nın Buxarestdə keçiriləcək sessiyasında Rusiya nümayəndə heyətinə viza verməkdən imtina edib.

Oxuməni.az