Çin neytral ölkə deyil və münaqişənin həllində Rusiyanı müdafiə edir

Çin neytral ölkə deyil və münaqişənin həllində Rusiyanı müdafiə edir

3 İyul 2024 16:11
Bəyəndim (0) Bəyənmədim (0)

Çin Rusiyanın Ukraynaya qarşı müharibəsində neytral tərəf deyil, çünki Pekin Moskvaya Ukraynada hərbi əməliyyatları davam etdirmək üçün istifadə olunan ikili təyinatlı mallar verir.

ABŞ-ın NATO-dakı səfiri Culian Smit Bloomberg-ə müsahibəsində deyib ki, Şimali Atlantika Alyansının qərargahında Çin və Rusiya Federasiyası arasında əməkdaşlığı müzakirə etmək üçün çox vaxt sərf edirlər.

“Çin Ukraynadakı müharibədə özünü “neytral oyunçu” kimi göstərmək üçün bütün imkanlardan istifadə edir, baxmayaraq ki, əslində o, Rusiyaya geniş çeşiddə ikili təyinatlı mallar verir”, - səfir bildirib.

Onun sözlərinə görə, Pekin Moskvanı mikroelektronika və hərbi təyinatlı mallarla təchiz edir. Smit bildirib ki, bu vəsait Rusiyaya Ukraynaya qarşı müharibə aparmağa kömək edir.

Oxuməni.az