NATO Moldovanın ərazi bütövlüyünü dəstəkləyir
NATO liderləri Rusiyanı bütün qoşunlarını Moldovadan çıxarmağa çağırıb.
Bu barədə Şimali Atlantika Alyansının Vaşinqton Sammitinin yekunu üzrə Bəyannamədə deyilir.
“Biz Rusiyanın Krım da daxil olmaqla Ukrayna ərazisinin qanunsuz ilhaqını heç vaxt tanımayacağıq, həmçinin Rusiyanı Moldova Respublikası və Gürcüstandan onların razılığı olmadan orada yerləşən bütün qoşunlarını çıxarmağa çağırırıq”,-deyə sənəddə vurğulanıb.
Bəyannamədə R islahatlarına və müdafiə qabiliyyətinin gücləndirilməsinə də dəstək ifadə olunur.
“Biz Bosniya və Herseqovina kimi Avropaya inteqrasiya istiqamətində irəliləyən Moldovanın demokratik islahatları davam etdirmək səylərini alqışlayırıq və onların təhlükəsizliyini və müdafiə imkanlarını dəstəkləməyə, həmçinin hibrid təhdidlərə qarşı mübarizə imkanlarını gücləndirməyə sadiqik”, - Bəyannamənin mətnində deyilir.
Oxuməni.az











































.jpg)










































.jpg)








