Netanyahu ABŞ-ı İsrailə tez silah verməyə çağırıb
Netanyahu ABŞ Konqresindəki çıxışı zamanı deyib: “Amerikanın hərbi yardımının sürətləndirilməsi Qəzzada döyüşlərə əhəmiyyətli dərəcədə son verə bilər və Yaxın Şərqdə daha geniş münaqişənin qarşısını almağa kömək edə bilər.
“Əgər siz onu tamamlamaq üçün lazım olan vasitələrin bizə ötürülməsini sürətləndirsəniz, bu işi daha tez başa çatdıracağıq”, - Netanyahu əlavə edib. O qeyd edib ki, Uinston Çörçil İkinci Dünya Müharibəsi zamanı ABŞ-dan hərbi yardım istəyən zaman iş və alətlərlə eyni bənzətmə edib.
Netanyahu çıxışında onu da vurğulayıb ki, İsrail Qəzza zolağında hərbi əməliyyatlar bitdikdən sonra orada təhlükəsizliyə nəzarəti saxlamalıdır.
"HƏMAS-ı məğlub etdiyimiz gün yeni Qəzza yarana bilər. Mənim o günə dair baxışım silahsızlaşdırılmış və radikallaşdırılmış Qəzzadır. İsrail Qəzzaya mühacirlər göndərmək istəmir, lakin yaxın gələcəkdə biz orada təhlükəsizliyə nəzarəti saxlamalıyıq", - Netanyahu dedi.
Oxuməni.az











































.jpg)










































.jpg)








