Mixail Podolyak Rusiya ilə sülh sazişinin əleyhinə çıxııb

Mixail Podolyak Rusiya ilə sülh sazişinin əleyhinə çıxııb

26 İyul 2024 16:11
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Rusiya ilə potensial sülh sazişinin əleyhinə çıxış edərək, onu “şeytanla sövdələşmə” ilə müqayisə edib. O, bu barədə Associated Press agentliyinə müsahibəsində danışıb.

O, etiraf edib ki, müvafiq razılaşma bir müddət münaqişənin dondurulmasına gətirib çıxara bilər, bu müddət ərzində Rusiya, onun fikrincə, “səhvlər üzərində işləyəcək və ordusunu modernləşdirəcək”.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bəyan etmişdi ki, Kiyevi Moskva ilə sülh danışıqlarına razı salmaq mümkün deyil. Onun sözlərinə görə, respublikanın hakimiyyət orqanları istənilən qərarı müstəqil qəbul edəcək və Qərb tərəfdaşları Ukrayna rəhbərliyini Rusiya ilə dialoqa inandırmağa çalışmırlar.

Oxuməni.az