Üçüncü Dünya Müharibəsi Livanda başlaya bilər
İsrailin şiə Hizbullah hərəkatının qüvvələrini Litani çayının cənubundakı ərazidən çıxarmaq tələbindən sonra Yaxın Şərqdə vəziyyət son dərəcə partlayıcı xarakter alıb. İsrailə qoşun yeritmək ehtimalını etiraf edən Türkiyə prezidenti Ərdoğanın kəskin açıqlaması atəşə yağ qatıb. Gazeta.Ru-nun hərbi köşə yazarı Mixail Xodarenok bir NATO blokunun üzvləri və müttəfiqləri arasında münaqişənin necə ola biləcəyini araşdırıb.
Vəziyyətin kəskin şəkildə gərginləşməsinə əsasən uşaq və yeniyetmələrdən ibarət 12 nəfərin ölümü ilə nəticələnən Colan təpələrindəki Məcdəl Şəms şəhərinə raket hücumu səbəb olub. İsrail hakimiyyəti insidentə görə Beyrutu və Hizbullah hərəkatını günahlandırıb.
Bu münasibətlə İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Oren Marmorstein belə bir açıqlama verdi: “Dünyanın Livan üçün dağıdıcı olacaq genişmiqyaslı müharibənin qarşısını almağın yeganə yolu Hizbullahı BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə əməl etməyə məcbur etməkdir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrailin xarici işlər naziri İsrael Katz söz və sərt bəyanatlar savaşına qoşulub. Son hadisələrlə bağlı Türkiyə Cümhuriyyətinin başçısı bir vaxtlar Ankara Liviyaya və Qarabağa girdiyi kimi, İsrailə “girməyə” hazır olduğunu bəyan etdi.
Öz növbəsində yəhudi dövlətinin xarici işlər nazirliyinin rəhbəri Ərdoğanı Səddam Hüseynlə müqayisə edib və Türkiyə liderinə İraqın bu başçısının taleyini xatırladıb.
Oxuməni.az











































.jpg)










































.jpg)








