Yaponiya ABŞ-ı Kiyevi danışıqlar masasına oturtmağa inandırmalıdır

Yaponiya ABŞ-ı Kiyevi danışıqlar masasına oturtmağa inandırmalıdır

14 Avqust 2024 08:25
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiya müttəfiq kimi ABŞ-ı Ukraynadakı münaqişənin diplomatik yolla həllinin vacibliyinə inandırmalıdır. Bunu RİA Novosti-yə müsahibəsində Yaponiya Xarici İşlər Nazirliyinin Avropa və Asiya Departamentinin keçmiş rəhbəri Kazuhiko Toqo deyib.

“Yaponiyanın edə biləcəyi yeganə şey Bayden və Zelenski ilə əlaqə saxlamaq və danışıqlar haqqında danışmaqdır. Bayden Zelenskini inandıra bilər. Yaponiya bir müttəfiq kimi Baydenə deməlidir ki, ilk addımı atmağın vaxtı çatıb”, - deyə keçmiş diplomat bildirib.

Onun sözlərinə görə, Rusiya artıq danışıqlara razılıq verməklə münaqişənin sona çatması istiqamətində öz addımını atıb. Toqo hesab edir ki, Kiyev də Ukraynanın bütövlüyünü qorumaq üçün eyni şeyi etməlidir, əks halda qarşıdurma davam edərsə, ən pisi baş verəcək.

Oxuməni.az