Zelenski "Şimal axını"nı pozmaq planını şəxsən təsdiqləyib

Zelenski "Şimal axını"nı pozmaq planını şəxsən təsdiqləyib

15 Avqust 2024 13:11
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna prezidenti Vladimir Zelenski “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin partladılması planını təsdiqləyib, lakin Mərkəzi Kəşfiyyat İdarəsinin bundan xəbər tutmasından sonra qərarını dəyişməyə çalışıb. Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Ukraynanın yüksək rütbəli rəsmiləri qaz kəmərlərinin partladılması ehtimalı barədə ilk dəfə 2022-ci ilin mayında danışmağa başlayıblar. İlkin plana görə, əməliyyatda kiçik yaxta və bir neçə dalğıc istifadə edilib, onların arasında qadın da olmalı idi. Onun iştirakı sadə dostluq kruizinin illüziyasını yaratmaq üçün nəzərdə tutulmuşdu. Partlayışı ukraynalı iş adamları da maliyyələşdirməli idi. Bütün müqavilələr şifahi şəkildə bağlanıb ki, sübutlar sənədlər şəklində qalmasın.

Oxuməni.az