Tramp Netanyahu ilə Qəzzada atəşkəs sazişinin bağlanması imkanını müzakirə edib

Tramp Netanyahu ilə Qəzzada atəşkəs sazişinin bağlanması imkanını müzakirə edib

15 Avqust 2024 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp çərşənbə günü İsrailin baş naziri Benyamin Netanyahu ilə Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunması imkanlarını müzakirə edib. Bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, telefon danışığında Tramp Netanyahunu Fələstinin radikal HƏMAS hərəkatı ilə müqavilə bağlamağa sövq edəcəyini gözləyirdi. Eyni zamanda, portalın mənbələri söhbətin dəqiq məzmununu bilmədiklərini qeyd edirlər. Axios əlavə edir ki, Netanyahunun heyəti Trampla “söhbəti inkar etmir”.

Oxuməni.az