Tramp: Harris “dəhşətli prezident” olacaq
ABŞ prezidentliyinə namizəd Donald Tramp demokrat rəqibi, vitse-prezident Kəmalə Harrisi təhqir etməyə nə üçün “haqqı” olduğuna inandığını açıqlayıb.
Bu barədə RBC-Ukrayna ABC News-a istinadən xəbər verir.
Tramp iddia edir ki, o, Harrisə və ya “onun zəkasına” az hörmət edir, ona görə də “şəxsi hücumlar etmək hüququ var”.
"Şəxsi hücumların yaxşı və ya pis olmasından asılı olmayaraq demək istəyirəm ki, o, mütləq şəxsən mənə hücum edir. O, məni qəribə adlandırdı" dedi.
Tramp həmçinin bir daha dedi ki, onun fikrincə, Harris “dəhşətli prezident” olacaq.
Qeyd edək ki, Tramp bir müddət əvvəl Harrisin hazırkı prezident Co Baydenin yarışdan geri çəkilməsindən sonra ABŞ prezidentliyinə namizəd olduqdan sonra onu dəfələrlə təhqir edib.
Oxuməni.az
Digər xəbərlər








































.jpg)










































.jpg)











