Moskvada onlarla miqranta çağırış vərəqələri verilib

Moskvada onlarla miqranta çağırış vərəqələri verilib

19 Avqust 2024 10:51
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya vətəndaşlığını qəbul etmiş onlarla miqrant Moskvada keçirilən reyddən sonra hərbi komissarlığa çağırış vərəqəsi alıb, Kommersant qəzeti yazır.

Moskvada qanunsuz miqrasiyanın qarşısının alınması işinə Rusiya Federasiyası İstintaq Komitəsinin hərbi müstəntiqləri də qoşulub. Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva Silahlı Qüvvələrinin 516-cı Hərbi İstintaq İdarəsinin nümayəndələri Moskva şəhərinin Şərq İnzibati Dairəsi üzrə Daxili İşlər İdarəsinin əməkdaşları ilə birlikdə qanunsuz miqrasiya faktlarının müəyyən edilməsi, habelə keçmiş miqrantlar tərəfindən qanuna riayət olunmasını yoxlayıblar.

Yoxlama Şərq İnzibati Dairəsinin ərazisində yerləşən Şçelkovskaya metrostansiyasının yaxınlığındakı avtovağzalda, tərəvəz anbarında və yataqxanalarda aparılıb. Yoxlama nəticəsində başqa ölkələrdən bu yaxınlarda Rusiya vətəndaşlığını almış bir neçə onlarla mühacirə hərbi qeydiyyata gəlmək üçün çağırış vərəqələri verilib.

Oxuməni.az