ABŞ Qəzzada atəşkəs razılaşması istiqamətində fəaliyyətini davam etdirəcək

ABŞ Qəzzada atəşkəs razılaşması istiqamətində fəaliyyətini davam etdirəcək

19 Avqust 2024 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ administrasiyası Qəzza zolağında atəşkəslə bağlı İsrail və Fələstinin Həmas hərəkatı arasında razılıq əldə etmək üçün işlərini davam etdirir. Bu barədə Amerika vitse-prezidenti Kamala Harris avqustun 18-də Pensilvaniya ştatının Mun Township şəhərində jurnalistlərlə söhbəti zamanı bildirib.

Jurnalistlər ondan İsrailin baş naziri Binyamin Netanyahunun Fələstin anklavında atəşkəs razılaşmasına hazır olub-olmadığını soruşublar.

Harris isə cavabında deyib: “Mən onun əvəzinə danışa bilmərəm, amma sizə deyim ki, bu danışıqlar davam edir. Biz isə təslim olmuruq və istiqamətdə çox çalışırıq. Biz atəşkəsə nail olmalı və girovları azad etməliyik”.

Oxuməni.az