Netanyahunun Blinkenlə görüşü üç saat davam edib

Netanyahunun Blinkenlə görüşü üç saat davam edib

19 Avqust 2024 20:18
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin baş naziri Binyamin Netanyahu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında Qüdsdə danışıqlar təxminən üç saat davam edib. Bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.

"Görüş başa çatdı, müsbət və yaxşı əhval-ruhiyyədə keçdi", - məlumatda deyilir.

Ofis əlavə edib ki, “Baş nazir İsrailin oğurlananların azad edilməsi ilə bağlı Amerikanın son təklifinə sadiqliyini bir daha təsdiqləyib” və bu, “İsrailin təhlükəsizlik ehtiyaclarını nəzərə alır”.

Bazar ertəsi Blinken İsrail prezidenti İsaak Hersoqla görüşüb və Qəzza zolağı ilə bağlı danışıqların hazırkı raundunu girovların qaytarılması və anklavda atəşkəsin təmin edilməsi üçün “son şans” adlandırıb.

Oxuməni.az