ABŞ İranı Tramp və Harrisin kampaniyalarına haker hücumunda ittiham edib

ABŞ İranı Tramp və Harrisin kampaniyalarına haker hücumunda ittiham edib

20 Avqust 2024 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

Amerika kəşfiyyatı İranın Respublikaçılar və Demokratlar Partiyasından olan ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harrisin seçki qərargahına haker hücumu cəhdlərinə baş vurduğunu açıqlayıb. Bu barədə avqustun 19-da CNN məlumat yayıb.

Federal Təhqiqatlar Bürosu (FTB), Milli Kəşfiyyat Direktorunun Ofisi (ODNI) və Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) hesab edir ki, iranlılar prezident seçkilərində iştirak edən şəxslərə giriş əldə etmək üçün sosial mühəndislik və digər səylərdən istifadə ediblər.

“Biz bu seçki dövrü ərzində İranın getdikcə daha aqressiv fəaliyyətini, xüsusən də prezidentlik kampaniyalarını hədəf alan kiber əməliyyatlarını görürük. Bu cür fəaliyyətlər, o cümlədən məlumatların oğurlanması və açıqlanması ABŞ-ın seçki prosesinə təsir etmək məqsədi daşıyır”, - deyə məlumatda bildirilir.

Oxuməni.az