Avstraliya və İndoneziya müdafiə sazişi hazırlayıb

Avstraliya və İndoneziya müdafiə sazişi hazırlayıb

20 Avqust 2024 15:17
Bəyəndim (0) Bəyənmədim (0)

Avstraliya və İndoneziya yeni müdafiə sahəsində əməkdaşlıq sazişi imzalamağa hazırlaşır. Müvafiq bəyanatı Avstraliya hökumətinin başçısı Entoni Albanese İndoneziyanın seçilmiş prezidenti Prabovo Subianto ilə görüşündən sonra deyib.

Albanese görə, səfər zamanı tərəflər "Avstraliya və İndoneziya arasında yeni və təkmilləşdirilmiş müdafiə sazişi üzrə danışıqları başa çatdırdılar". “Bu tarixi müqavilə bizim müdafiə sahəsində sıx əməkdaşlığımızı gücləndirəcək və dialoqun dərinləşməsinə, iki ölkə ordusunun] qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılmasına xidmət edəcək”, - deyə baş nazir sazişin “təhlükəsizlik və müdafiə sahəsindəki əhəmiyyətinə” işarə edib.

Faktiki razılaşmanın Avstraliyanın müdafiə rəisi Riçard Marleslə İndoneziyanın da müdafiə naziri olan Subianto arasında danışıqlardan sonra yaxın günlərdə imzalanması gözlənilir.

Oxuməni.az