Putin Ukraynanı Kursk AES-ə hücum cəhdində ittiham edib

Putin Ukraynanı Kursk AES-ə hücum cəhdində ittiham edib

23 Avqust 2024 16:42
Bəyəndim (0) Bəyənmədim (0)


Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Kursk Atom Elektrik Stansiyasına hücum cəhdlərini açıqlayıb. Kreml rəhbəri bunu hökumət üzvləri və Rusiya vilayətlərinin rəhbərləri ilə Ukrayna ilə həmsərhəd rayonlardakı vəziyyətə həsr olunmuş iclasda deyib.

“Düşmən bu gün gecə saatlarında AES-ə zərbə endirməyə cəhd edib”, - Putin bildirib.

O əlavə edib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) insidentlə bağlı məlumat verilib. Vəziyyəti qiymətləndirmək üçün Kursk AES-də mütəxəssislərdən ibarət nümayəndə heyəti gözlənilir.

Görüşdə yerli sakinlərin Kursk vilayətindən təxliyəsi mövzusu da müzakirə olunub. Vilayət qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov 133 min insanın bölgəni tərk etdiyini bildirib. Rusiya Federasiyası Baş nazirinin birinci müavini Denis Manturov isə bildirib ki, sərhədyanı rayonlardan olan bəzi məktəblilər distant təhsilə keçəcəklər.

Oxuməni.az