Maqadan sakini ruslara qarşı zorakılıq çağırışlarına görə cəzalandırılıb
Maqadan məhkəməsi yerli sakini açıq şəkildə ekstremizmə çağırışlarda təqsirli bilib və həbs cəzasına məhkum edib. RİA Novosti bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin region üzrə mətbuat xidmətinə istinadən xəbər verir.
“Rayon sakininin qeyri-qanuni fəaliyyətinə son qoyulub”,-departamentdən bildiriblər ki, Maqadan sakini internetdə rus millətindən olan insanlara qarşı zorakılıq çağırışları dərc edib.
Həmin şəxs 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsə beş il ərzində internet saytlarını idarə etməyi və onlayn hesab yaratmağı qadağan edib. Məhkəmənin hökmü qanuni qüvvəyə minib.
Oxuməni.az
Digər xəbərlər








































.jpg)










































.jpg)











