Pavel Durov 12 cinayətdə ittiham olunur
Paris prokurorluğu Telegram-ın təsisçisi Pavel Durovun 12 cinayətdə ittiham olunduğunu bildirib.
Fransa prezidenti Emmanuel Makron Telegram-ın yaradıcısı Pavel Durovun saxlanılmasına ilk dəfə münasibət bildirib. Makron sosial şəbəkədəki səhifəsində Durovun “davam edən istintaq çərçivəsində” saxlanıldığını və bunun “siyasi qərar” olmadığını bildirib.
“Pavel Durovun həbsindən sonra Fransa haqqında yalan məlumat oxudum. Məhkəmə hakimiyyəti tam müstəqil şəkildə qanunun icrasını təmin etməlidir. Fransada Telegram rəhbərinin həbsi davam edən məhkəmə istintaqı çərçivəsində baş verib. Bu, heç bir halda siyasi qərar deyil.
[Bu işdə] qərar vermək hakimlərin işidir”, - Fransa lideri X-də yazıb.
Eyni zamanda, Fransa Xarici İşlər Nazirliyi məhkəmənin müstəqilliyi prinsiplərini əsas gətirərək Durovun həbsi ilə bağlı şərh verməkdən imtina edib. Avropa Komissiyası da bu mövzuda çıxış etməyib, sahibkarın saxlanmasını Parisin şəxsi işi adlandırıb.
Oxuməni.az








































.jpg)










































.jpg)











